ABŞ-da helikopter qəzası: qurbanlardan biri böyük maliyyə qrupunun baş direktoru olub

ABŞ-da helikopter qəzası: qurbanlardan biri böyük maliyyə qrupunun baş direktoru olub

11 Fevral 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Kaliforniyada (ABŞ) təyyarə qəzasında helikopterdə olan altı nəfər arasında Nigeriyanın ən böyük kreditorlarından biri olan "Access Bank Group"-un icraçı direktoru Herbert Viqve də var . Bu barədə Reuters məlumat yayıb.

Təyyarənin göyərtəsində olan altı nəfərin hamısının öldüyünü ABŞ Federal Aviasiya Administrasiyası təsdiqləyib. Heç kimin sağ tapılmadığı bildirilib.

"Access Bank Group" Konqo Demokratik Respublikası, Qana, Keniya, Nigeriya, Ruanda, Qambiya, Qvineya, Kamerun, Sierra Leone, Mozambik, Botsvana, Cənubi Afrika, Cənubi Afrikadakı törəmə şirkətləri ilə qərargahı Nigeriyada yerləşən maliyyə xidmətləri konqlomeratıdır.

Qrupun həmçinin Çin, Hindistan, Livan və Birləşmiş Ərəb Əmirliklərində nümayəndəlikləri var.

2019-cu ildə "Access Bank plc" və "Diamond Bank"ın birləşməsindən sonra "Access Bank plc" müştərilərinin sayına görə Afrikanın ən böyük bankı və aktivlərinə görə Nigeriyanın ən böyük bankıdır.

Oxuməni.az