Britaniyanın xarici işlər naziri Rəfahda mümkün əməliyyatla bağlı narahatlığını ifadə edib

Britaniyanın xarici işlər naziri Rəfahda mümkün əməliyyatla bağlı narahatlığını ifadə edib

11 Fevral 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə mümkün hücumundan narahatlığını bildirib.

"Rəfəhdə hərbi hücum perspektivindən dərin narahatıq .Qəzza zolağının əhalisinin yarıdan çoxu bu əraziyə sığınıb", - XİN rəhbəri yazıb.

İsrailin baş naziri Benyamin Netanyahu fevralın 7-də bildirib ki, İsrail hərbçiləri Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində döyüşlərin başlaması üçün göstərişlər alıblar. İki gün sonra Netanyahu hərbçilərə mülki əhalinin təxliyəsi və Rafah şəhərində radikal Həmas hərəkatının qalan dörd batalyonunun ləğvi üçün plan hazırlamağı tapşırıb.

2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox girovun götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşdi.

Oxuməni.az