Münhen Konfransının rəhbəri: Rusiya NATO-ya hücum edə bilər

Münhen Konfransının rəhbəri: Rusiya NATO-ya hücum edə bilər

11 Fevral 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Heusgen bildirib ki, Rusiyanın NATO üzvü olan ölkəyə hücumu ehtimalını istisna etmək olmaz. Bu barədə DPA xəbər verib.

Rusiya prezidenti Vladimir Putinin belə bir hücum əmri verə biləcəyinə inanırsınızmı sualına, Heusgen belə cavab verdi: "Əlbəttə. Axı Putin dəfələrlə demişdi ki, Sovet İttifaqının dağılması 20-ci əsrin ən böyük fəlakəti idi. Öz sözləri ilə desək, “Putin dağılmış Sovet İttifaqının sərhədləri daxilində Böyük Rusiyanı, çar kimi hökm sürəcəyi qlobal imperiyanı bərpa etməyə çalışır”.

O, Putinin hədəflərinin Moldova və ya Baltikyanı ölkələr ola biləcəyini deyib:

“Biz hər şeyi etməliyik ki, Ukrayna Rusiya təcavüzkarları ilə uğurla mübarizə aparmaq və onları öz ərazisindən çıxarmaq üçün lazım olan silah və hərbi yardımı alsın”.

Bir sıra Avropa NATO ölkələri də son həftələr Rusiyanın yaxın gələcəkdə təcavüz riski ilə bağlı xəbərdarlıq ediblər.

Almaniyanın müdafiə naziri Boris Pistorius yanvar ayında bildirib ki, alyans 5-8 il ərzində Rusiyanın NATO ölkəsinə hücumuna hazırlaşmalıdır.

İsveç Silahlı Qüvvələrinin Ali Baş Komandanı Mikael Büden və Mülki Müdafiə naziri Karl-Oskar Bohlin bildiriblər ki, ölkənin bütün vətəndaşları Rusiya ilə müharibəyə hazır olmalıdır.

Oxuməni.az