İspaniya nümayəndə heyəti mart ayında Türkmənistana səfər edəcək

İspaniya nümayəndə heyəti mart ayında Türkmənistana səfər edəcək

11 Fevral 10:38
Bəyəndim (0) Bəyənmədim (0)


Mart ayında İspaniya nümayəndə heyətinin Türkmənistana səfəri baş tutacaq. Səfərə hazırlıq barədə məsələ Türkmənistanın Rusiyadakı səfiri Esen Aydogdyev və İspaniyanın Türkmənistandakı səfiri (iqamətgahı Moskvada ) Markos Qomez Martinez arasında keçirilən görüşdə müzakirə olunub.

Chronicles of Turkmenistan nəşrinin məlumatına görə, tərəflər investisiya və müasir texnologiyaların tətbiqi, eləcə də yüksək ixtisaslı kadrların hazırlanması sahəsində birgə işlərdən danışıblar. Nümayəndə heyətinə bu sahələrdə təcrübəsi olan İspaniya şirkət və təşkilatlarının nümayəndələri daxil olacaq.

2020-ci ildə İspaniyadan Türkmənistana kənd təsərrüfatı məhsullarının ixracı 62% artıb. Ölkə kakao, tərəvəz və meyvələr, ərzaq məhsulları, o cümlədən kömür və ağac, daş məmulatları, mebel və elektrik materialları alır. Türkmənistanla aşağıdakı şirkətlər əməkdaşlıq edir: "Ibertest", "Idom", "Indra", "Talgo", "Repsol", "Técnicas Reunida" və "Typsa".

Oxuməni.az