Monqollar Almaniya prezidentinə dəvə, birinci xanıma isə körpə dəvə hədiyyə ediblər

Monqollar Almaniya prezidentinə dəvə, birinci xanıma isə körpə dəvə hədiyyə ediblər

10 Fevral 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Monqolustan Prezidenti Xurelsuxa Uxnaanın dəvəti ilə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Ulan-Batorda dövlət səfərindədir.

Almaniya prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Bündenbender Tov vilayətində çoban Qalbadrax Dambinyamın ailəsinə baş çəkiblər.

Ailə başçısı, çoban Qalbadrax Dambinyam və prezident Xurelsux Uxnaa qonaqları qəbul etdikdən sonra onlara dəvələr hədiyyə etdilər. Prezidentə yetkin dəvə, prezidentin xanımına isə “torom” və ya iki yaşlı dəvə, qonaqlara iki yaşlı yarış tayları da hədiyyə edilib.

Qeyd edək ki, Ştaynmayerə ilk hədiyyə hələ 2014-cü ildə Xarici İşlər Naziri kimi səfəri zamanı təqdim edilmişdi, “Tuurain tovorgöon” adlı tay hazırda eyni sürüdə, Dornod vilayətinin Bulgan sumundadır.

Oxuməni.az