Donald Tramp Nevada ştatında  qalib gəlib

Donald Tramp Nevada ştatında qalib gəlib

9 Fevral 19:34
Bəyəndim (0) Bəyənmədim (0)

Respublikaçılar Partiyasından ölkə başçısı postuna namizədliyini irəli sürmək niyyətində olan ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nevada ştatında Respublikaçılar partiyasının praymerizində qalib gəlib. Bu barədə Associated Press məlumat yayıb.

Qələbə Trampa Respublikaçılar Partiyasından prezidentliyə namizədi seçəcək partiyanın qurultayında 26 ştat nümayəndəsi verir. Trampın Nevadadakı rəqibi iş adamı Rayan Binkli olub.

Eks-prezidentin əsas rəqibi, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli bu ştatda iştirakdan imtina edib. “Biz Nevadada bir sent və ya bir unsiya enerji sərf etməmişik. Nevada bizim diqqətimizdə deyil və heç vaxt da olmayıb”, - Heylinin kampaniya meneceri Betsy Enni deyib.

Oxuməni.az