İtaliya parlamenti Ukraynaya hərbi yardımı təsdiqləyib

İtaliya parlamenti Ukraynaya hərbi yardımı təsdiqləyib

9 Fevral 15:49
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliya Parlamentinin Deputatlar Palatası, nəhayət, hökumətin 2024-cü ildə Ukraynaya hərbi yardım göstərilməsi qərarını təsdiqləyib. Bu barədə ANSA məlumat yayıb.

İtaliya parlamentinin aşağı palatasının 400 deputatından 218-i bu qərarın lehinə səs verib. Bundan əvvəl İtaliya hökumətinin 2024-cü ildə Ukraynaya hərbi yardım göstərilməsi haqqında fərmanı Senat tərəfindən dəstəklənmişdi. Hökumətin müvafiq qərarı İtaliyanın Rusiyanın işğalı ilə mübarizədə Ukraynaya yardım etmək üzrə beynəlxalq öhdəliklərinə uyğun olaraq, Romaya hərbi aktivlərin Kiyevə verilməsinə icazənin müddətini 2024-cü il dekabrın 31-dək uzadıb.

Dekabrda İtaliya Nazirlər Şurası hərbi və hərbi-texniki yardım göstərməyə imkan verən səlahiyyətlərin daha bir il - 2024-cü ilin sonuna qədər uzadılmasını dəstəkləyib.

Xatırladaq ki, Ukraynaya hərbi yardım göstərmək qərarı Mario Draqinin rəhbərlik etdiyi İtaliyanın əvvəlki hökuməti tərəfindən verilib. Baş nazir Meloni 2022-ci ilin payızında hakimiyyətə gəldikdən sonra onun Nazirlər Şurası bu səlahiyyətlərin 2023-cü ilə qədər uzadılması barədə qərar qəbul edib.

Oxuməni.az