Ekvador sakinlərinə könüllü olaraq həyatlarından imtina etməyə icazə verilib

Ekvador sakinlərinə könüllü olaraq həyatlarından imtina etməyə icazə verilib

9 Fevral 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ekvador Ali Məhkəməsi evtanaziyanı dekriminallaşdırıb və ölkə qanunvericilərinə bu prosedurun qaydalarını işləyib hazırlamağı tapşırıb.
"ABC News"un verdiyi məlumata görə, Ekvador Konstitusiya Məhkəməsi ölümcül xəstə qadının dövlətə qarşı qaldırdığı iddia üzrə qərar çıxarıb. O, ölkədən sağalmaz xəstələrə həkim nəzarəti altında könüllü olaraq həyatlarından imtina etməyə imkan verən evtanaziyaya rəsmi icazə verilməsini tələb edib.

Məhkəməyə müraciət edən 42 yaşlı qadına 4 il əvvəl amiotrofik yanal skleroz diaqnozu qoyulub. Bu, tədricən əzələ atrofiyasına və iflicinə səbəb olan nadir və müalicəsi mümkün olmayan xəstəlikdir. Ekvadorlu bir qadın ləyaqətlə ölməyə icazə verilməsini istədi. O, 2023-cü ilin avqustunda "öz həyatından azad və könüllü olaraq imtina etmək" və gündəlik iztirabları yaşamaq üçün məhkəməyə getdi.

Ekvador Konstitusiya Məhkəməsi bəzi hallarda digər insan hüquqlarına, o cümlədən ləyaqət və tibbi yardıma hörmətin təmin edilməsi üçün yaşamaq hüququnun ayrılmazlığının şübhə altına alına biləcəyini qəbul edib. İddia edən qadın bu qərara görə məhkəməyə təşəkkür edib. İndi Ekvadorun qanunverici orqanı bir il ərzində rəsmi evtanaziya qaydalarını hazırlamalı olacaq.

Əvvəllər evtanaziyaya icazə verən yeganə Latın Amerikası ölkəsi Kolumbiyadır. Evtanaziya həmçinin Belçika, İspaniya, Lüksemburq, Hollandiya, Yeni Zelandiya, Kanada və Avstraliyanın bəzi ştatlarında qanunidir. Çilidə indi onun qanuniləşdirilməsi imkanlarını müzakirə edirlər. Bir sıra digər ölkələrdə xəstənin həkim nəzarəti altında özünə öldürücü dozada dərman yeritdiyi “yardımlı intihara” icazə verilir.

Oxuməni.az