ABŞ və Avropa İttifaqı NATO-nu Ukrayna münaqişəsinə cəlb etmək cəhdlərinə qarşı çıxacaq

ABŞ və Avropa İttifaqı NATO-nu Ukrayna münaqişəsinə cəlb etmək cəhdlərinə qarşı çıxacaq

8 Fevral 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ və Avropa İttifaqı Şimali Atlantika Alyansını (NATO) Ukrayna münaqişəsinə cəlb etmək cəhdlərinə qarşı çıxacaq. Bu barədə Almaniyanın federal kansleri Olaf Şoltz “The Wall Street Journal” üçün məqaləsində bildirib.

“Biz Rusiya ilə müharibə apardığımıza inanmırıq və onunla qarşıdurma axtarmırıq”, o qeyd edib. Almaniya Nazirlər Kabinetinin rəhbəri bildirib ki, ABŞ və Aİ “NATO-nu Rusiya-Ukrayna münaqişəsinə cəlb etmək cəhdlərinə müqavimət göstərəcək”.

Eyni zamanda, o, həmçinin qeyd edib ki, alyans ölkələri “kollektiv müdafiə və təhlükəsizliyin effektivliyini” təmin etməlidir. Nümunə kimi o, NATO dövlətlərinin ÜDM-in 2%-ni müdafiəyə xərcləmə kriteriyasına əməl etməsini, Avropanın Səma Qalxanı Təşəbbüsünün başlamasını, eləcə də Almaniyanın Litvada döyüş briqadası yerləşdirmək planlarını qeyd edib.

Oxuməni.az