Çörçillin diş protezi hərracda 22 min 600 dollara satılıb

Çörçillin diş protezi hərracda 22 min 600 dollara satılıb

8 Fevral 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilə məxsus qızıla quraşdırılmış diş protezi hərracda 18 000 funta (22 600 dollar) satılıb. Bu barədə Sky News The Cotswold Auction Company-yə istinadən xəbər verir.

Hərrac fevralın 6-da İngiltərənin qərbindəki Çeltenhem şəhərində (Qlosterşir) baş tutub. Lotun ilkin qiyməti 8 min funt-sterlinq (10 min dollar) idi. Alıcı haqqında məlumat açıqlanmır.

Kanalın aydınlaşdırdığı kimi, Uinston Çörçill ömrünün çox hissəsini diş problemlərindən əziyyət çəkib. Onun üçün dörd dəst-ə qədər diş protezi düzəldildiyi və həmişə ikisini birdən apardığı, birinin də özü ilə basdırıldığı bildirilir.

Hərraca qoyulan diş protezi siyasətçinin 65 yaşı olanda hazırlanıb. Onun 4 iyun 1940-cı ildə “Biz çimərliklərdə döyüşəcəyik” adlı məşhur çıxışını məhz bu protezlə etdiyi güman edilir. Bu, İngiltərə İkinci Dünya Müharibəsinə daxil olduqdan sonra Çörçillin İcmalar Palatasındakı ikinci çıxışı idi.

Hərrac evinin direktoru Liz Poole dedi ki, bu, onun indiyə qədər satdığı ən qəribə lotlardan biridir. Protezdən əlavə hərraca Uinston Çörçill İkinci Dünya Müharibəsinin bitdiyini elan edən radio mikrofonu da çıxarılıb. Lotun qiyməti 11,5 min funt-sterlinqə (az qala 14,5 min dollar) olub.

Oxuməni.az