
Rusiyanın Ermənistandakı hərbi bazası ilə bağlı istənilən müzakirə yersiz və zərərlidir
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanda Rusiya hərbi bazasının olması ilə bağlı hər hansı müzakirələrin yersiz və zərərli olduğunu bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.
Qaluzin xatırladıb ki, 1995-ci il martın 16-da bağlanmış müqaviləyə əsasən, Rusiya hərbçilərinin Ermənistanda qalma müddəti 49 ildir, bundan sonra avtomatik olaraq daha 5 il uzadılır. Onun sözlərinə görə, bu müqavilə hər iki dövlətin milli maraqlarına əsaslanır.
“Rusiya əsgər və zabitləri təkcə Ermənistanda deyil, bütün Cənubi Qafqazda sülh və təhlükəsizliyi effektiv şəkildə təmin etməkdə davam edirlər”, - Rusiya xarici işlər nazirinin müavini vurğulayıb.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ermənistanda Rusiya hərbi bazasının yaradılmasının məqsədəuyğunluğundan danışıb. O bəyan edib ki, Gümrüdəki 102-ci Rusiya hərbi bazası regionda sülhün təmin olunmasında əsas elementdir və bunun hər hansı müzakirəsi zərərlidir.
Oxuməni.az