Dövlət Departamenti İsrailə 147,5 milyon dollara artilleriya mərmilərinin satışını təsdiqləyib

Dövlət Departamenti İsrailə 147,5 milyon dollara artilleriya mərmilərinin satışını təsdiqləyib

30 Dekabr 2023 11:42
Bəyəndim (0) Bəyənmədim (0)

Pentaqona daxil olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyinin məlumatına görə, ABŞ Dövlət Departamenti təxminən 147,5 milyon dollar dəyərində 155 mm-lik M107 artilleriya mərmiləri və müvafiq avadanlıqların İsrailə təcili satışını təsdiqləyib.

"Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinə sadiqdir və İsrailə güclü, özünümüdafiə qabiliyyətini inkişaf etdirməyə və saxlamağa kömək etmək ABŞ-ın milli maraqları üçün həyati əhəmiyyət kəsb edir. Təklif olunan satış bu məqsədlərə uyğundur", - departamentdən bildiriblər.

ABŞ dövlət katibi Antoni Blinken hərbi sursatların çatdırılmasını sürətləndirmək üçün xarici hərbi satışlar üçün Konqresin ənənəvi bildiriş müddətindən yan keçməyi tələb edən fövqəladə vəziyyət barədə Konqresə məlumat verib.

Oxuməni.az