Şimali Koreya 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri üçün kiber təxribatlar hazırlayır

Şimali Koreya 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri üçün kiber təxribatlar hazırlayır

29 Dekabr 2023 18:27
Bəyəndim (0) Bəyənmədim (0)

KXDR 2024-cü ildə ABŞ-da və Cənubi Koreyada keçiriləcək prezident seçkilərində kiber təxribatlara əl ata bilər.

Bu barədə RBC-Ukrayna Bloomberg-ə istinadən xəbər verir.

Agentliik bildirib ki, Kim Çen İn rejimi ABŞ və Cənubi Koreyada seçki kampaniyaları zamanı gələn il hərbi və kiber təxribatlara başlayacaq.

Şimali Koreyanın son aylarda əsas vəzifələrə əvvəlcədən təxribat xarakterli fiqurları təyin etdiyi deyilir ki, bu da Cənubi Koreyadakı seçicilərin yeni parlamentin üzvlərini seçməsi və ABŞ-da prezident seçkiləri zamanı Pxenyanın hərbi gücünü vurğulamağa çalışacağına işarədir.

"Şimali Koreyanın keçmiş davranışını və Cənubi Koreyaya qarşı son təhdidlərinin səviyyəsini nəzərə alaraq, ilin əvvəlində Pxenyandan təxribatların olacağı gözlənildiyi üçün müvafiq nazirliklərlə birlikdə erkən xəbərdarlıq və hazırlığın yaradılması üçün hər cür səy göstəririk", - Cənubi Koreyanın milli kəşfiyyat agentliyi bildirib.

Oxuməni.az