Pakistanda Yeni il bayramı qeyd edilməyəcək
Pakistan Yeni ili Fələstinlə həmrəy olaraq qeyd etməkdən imtina edib. Geo News xəbər verir ki, bunu televiziya ilə çıxışında Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakar deyib.
“Pakistan xalqı acınacaqlı vəziyyətdədir. Buna görə də vəziyyəti nəzərə alan Pakistan hökuməti Yeni illə bağlı bütün şənlikləri qadağan etmək qərarına gəlib. “Bütün pakistanlıları məzlum fələstinlilərlə həmrəylik nümayiş etdirməyə və yeni il gələn kimi hər şeyi sadə saxlamağa çağırıram”, - deyə siyasətçi bildirib.
Oxuməni.az
Digər xəbərlər