Men ştatı Trampın namizədliyinə qadağa qoyub

Men ştatı Trampın namizədliyinə qadağa qoyub

29 Dekabr 2023 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

Men ştatı Koloradodan sonra keçmiş prezident Donald Trampın adının Respublikaçılar Partiyasının ilkin seçki bülletenində səslənməsinə qadağa qoyan ikinci ABŞ ştatı olub.

Dövlət katibi Şanna Bellows qərarını Konstitusiyaya 14-cü Düzəlişlə əlaqələndirib. Konstitusiyaya 14-cü dəyişikliyin üçüncü hissəsinə əsasən, Konstitusiyanı dəstəkləmək üçün and içmiş və qiyamda iştirak etmiş məmurlara bundan sonra icra hakimiyyəti təmsil etmək hüququ yoxdur.

“Mən başa düşürəm ki, heç bir dövlət katibi 14-cü Düzəlişin 3-cü Bölməsinə uyğun olaraq prezidentliyə namizədin seçki bülleteninə daxil olmasına heç vaxt imtina etməyib. Bununla belə, mən onu da tanıyıram ki, daha əvvəl heç bir prezidentliyə namizəd qiyamda iştirak etməyib”, - Bellows bildirib.

Keçmiş Amerika liderinin kampaniyasının sözçüsü Stiven Çonq Bellowsu seçki prosesinə müdaxilə etməkdə ittiham edib və məhkəməyə şikayət edəcəyinə söz verib.

Ötən həftə Kolorado Ali Məhkəməsi Trampı ilkin seçkidən kənarlaşdırmaq qərarına gəlib. Bu hal Amerika tarixində ilk dəfədir ki, məhkəmə 14-cü Düzəliş əsasında prezidentliyə namizədin ştat üzrə ilkin seçkilərdə iştirakını qadağan edən qərar çıxarıb.

The New York Times yazıb ki, Kolorado və Mendən başqa, 15 ştatda eks-prezidentin eyni əsaslarla seçkilərdən kənarlaşdırılmasını tələb ediblər,

Oxuməni.az