Rusiya ilə NATO arasında gərginlik artarsa, Finlandiya zərər çəkəcək
Rusiya ilə NATO arasında gərginlik artarsa, Finlandiya zərər çəkəcək ilk ölkə olacaq. Reuters xəbər verir ki, bu açıqlama ilə yüksək rütbəli rusiyalı diplomat çıxış edib.
Finlandiya onilliklər boyu neytral statusunu saxladıqdan sonra bu il NATO-ya qoşuldu və bu, Helsinkini Rusiya Federasiyası üçün düşmən oyunçuya çevirdi.
"Onlar sakit və dinc yaşadılar və birdən-birə Rusiya ilə NATO arasında qaldılar, bu alyansın üzvü oldular. Amma onlar bizim qonşumuz olduqlarına görə, Allah eləməsin, hansısa gərginlik olarsa, birinci onlar zərər çəkəcəklər". Bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib.
Oxuməni.az
Digər xəbərlər