ABŞ fevralın 24-dək Rusiyanın aktivlərinin müsadirə edilməsinə çalışacaq
ABŞ fevralın 24-nə, Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümünə qədər Rusiya aktivlərinin müsadirəsi məsələsini irəli sürməyə çalışır.
Bu barədə Financial Times yazır.
Hazırda Vaşinqtonun təklif etdiyi işçi qrupları ciddi məxfilik şəraitində müsadirə ilə bağlı hüquqi məsələləri nəzərdən keçirir.
Eyni zamanda, Almaniya, Fransa, İtaliya və Aİ “bəzi qeyd-şərtləri və Moskvanın aktivlərinin müsadirəsinin qanuniliyini diqqətlə qiymətləndirmək zərurətini ifadə etdilər”.
Aktivlərin əksəriyyətinin yerləşdiyi Avropa “maliyyə sabitliyi üçün mümkün nəticələrdən, eləcə də Rusiyanın cavab addımlarından ehtiyat edərək daha ehtiyatlıdır”.
2024-cü ildə G7-yə sədrlik edəcək İtaliya Rusiyanın öz şirkətlərinə qarşı cavab tədbirləri görəcəyindən narahat olanlar arasındadır və Moskva artıq bunu etməklə hədələyir. Rusiya həmçinin aktivlərinin müsadirə edilməsinə cavab olaraq ABŞ ilə diplomatik əlaqələri kəsəcəyi ilə bağlı xəbərdarlıq edib.
Aİ, Böyük Britaniya və Fransa da bu vəsaitin Ukraynanın yenidən qurulması ehtiyaclarını ödəməyə kifayət etməyəcəyini vurğulayıblar.
Bununla belə, Qərb paytaxtlarında Rusiya Mərkəzi Bankının pullarının birbaşa müsadirə edilməsindən və xərclənməsindən tutmuş, dondurulmuş aktivlərin gəlirlərinə həbs qoyulmasına və ya onlardan kreditlər üçün girov kimi istifadə edilməsinə qədər müxtəlif variantlar araşdırılır.
Oxuməni.az