Silah istehsalçıları rekord sayda gəlir əldə ediblər
Ukraynadakı müharibə dünyanın ən böyük silah istehsalçılarına sifariş portfelini rekord səviyyəyə çatdırmağa imkan verib. Financial Times hesab edir ki, 2022-ci ilin sonunda 15 müdafiə konserninin yerinə yetirilməmiş sifarişlərinin ümumi həcmi 2020-ci ildəki 701,2 milyard dollara qarşı 777,6 milyard dollar təşkil edib, 2023-cü ilin ilk altı ayında isə 764 milyard dollara yüksəlib.
Beləliklə, demək olar ki, iki illik müharibədə ən böyük müdafiə şirkətlərinin ümumi sifariş portfeli 10%-dən çox artdı.
Daha çox silah sifarişi alan müəssisələrin siyahısına Amerikanın Lockheed Martin, General Dynamics və Boeing, Britaniyanın BAE sistemləri, Almaniyanın Rheinmetall, Cənubi Koreyanın Hanwha Aerospace və başqaları daxildir.
Hanwha Aerospace ən böyük gəlir əldə edib. İki il ərzində şirkətin geridə qalan sifarişləri yeddi dəfədən çox artaraq 2020-ci ildəki 2,4 milyard dollardan 2022-ci ilin sonunda 15,2 milyard dollara çatıb. FT qeyd edir ki, Cənubi Koreya konserni Ukrayna ilə bağlı, xüsusən də Polşaya göndərilən sifarişlərdən “əhəmiyyətli dərəcədə faydalanıb”.
Ukraynadakı müharibədən başqa bir “bənefisiar” alman tank istehsalçısı Rheinmetall idi. Şirkətin sifarişi təxminən iki dəfə artaraq 2020-ci ildəki 14,8 milyard dollardan ötən ilin sonunda 27,9 milyard dollara çatıb.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, qlobal hərbi xərclər 2022-ci ildə real ifadədə 3,7% artaraq 2,240 milyard dollara çatıb.
Avropa hökumətləri Ukraynaya avadanlıq göndərildikdən sonra tükənmiş milli ehtiyatları artırmalı olublar . Nəticədə sursat və tanklar üçün yeni sifarişlərin alınması zəruri olub. Bu da Avropada hərbi xərclərin son 30 ildə ən yüksk səviyyəyə çatması ilə müşahidə olunmaqdadır.
Oxuməni.az