“Avronun atası” adlandırılan Jak Delor 98 yaşında vəfat edib
Avropa Komissiyasının keçmiş sədri, “avronun atası” adlandırılan Jak Delor 98 yaşında vəfat edib.
Onun qızı Martine Aubry bildirib ki, Delo "Parisdəki evində yuxuda ölüb".
Delor 1985-1995-ci illərdə Avropa Komissiyasının sədri olub. Onun rəhbərliyi altında hazırlanmış Delor Planı vahid Avropa valyutasının - avronun dövriyyəyə buraxılmasına başlamağa imkan verdi.
1995-ci ildə sosialistlər Fransa prezident seçkilərində Delorun namizədliyini irəli sürmək istəyirdilər, lakin o, partiyanın yeni lideri Henri Emmanuelli ilə fikir ayrılığı səbəbindən namizədliyini geri götürdü. Delor o zaman ictimai rəy sorğularında seçkilərin gələcək qalibi sağ mərkəzçi Jak Şirakı qabaqlamışdı.
Oxuməni.az
Digər xəbərlər