Pakistanın keçmiş baş naziri Şərif yenidən baş nazir vəzifəsinə namizəd göstəriləcək

Pakistanın keçmiş baş naziri Şərif yenidən baş nazir vəzifəsinə namizəd göstəriləcək

27 Dekabr 2023 20:18
Bəyəndim (0) Bəyənmədim (0)


Pakistan Müsəlman Liqası partiyası yenidən öz qurucusu və keçmiş baş nazir Nəvaz Şərifin namizədliyini baş nazir postuna təqdim edəcək. Associated Press-in məlumatına görə, bu barədə partiyanın yüksək vəzifəli rəsmisi Rana Sanaullah Xan bildirib.

Nəvaz Şərif dörd dəfə Pakistanın baş naziri seçilib - o, 1990-1993, sonra 1997-1999 və 2013-2017-ci illərdə bu vəzifədə olub.

2017-ci ildə ölkənin Ali Məhkəməsi Şərifi “Panama sənədləri” adlanan sənədin dərcindən sonra üzə çıxan bir sıra maliyyə fırıldaqlarında təqsirli bildikdən sonra onu hakimiyyətdən uzaqlaşdırıb. On il həbsə və 10,6 milyon dollar cəriməyə məhkum edilib. Bundan sonra o, cəzadan yayınmaq üçün Londona gedib.

2023-cü ilin oktyabrında Şərif Pakistana qayıtdı, bundan sonra onun hökmü apellyasiya məhkəməsi tərəfindən ləğv edildi. Bu, ona fevralın 8-də keçirilən səsvermədən sonra yeni baş naziri seçəcək parlamentə namizəd olmaq hüququ verib.

Oxuməni.az