Qazaxıstanın şimalında pis hava şəraiti səbəbindən 300-ə yaxın yaşayış məntəqəsi işıqsız qalıb
Şimali Qazaxıstan və Kostanay vilayətlərində 300-ə yaxın yaşayış məntəqəsi pis hava şəraitindən sonra işıqsız qalıb, Kazinform xəbər verir.
Şimali Qazaxıstan vilayətində 10 rayonda 15 minə yaxın abonent işıqsız qalıb. Enerji departamenti qəzanı müvəqqəti adlandırıb və 55 briqadanın təmirə göndərildiyini bildirib.
Kostanay vilayətində 15 rayonda 115 yaşayış məntəqəsində elektrik enerjisi yoxdur. Kostanay və Rudnıda elektrik enerjisinin verilməsi isə tam bərpa olunub.
Oxuməni.az
Digər xəbərlər