Xarici işlər naziri: Gürcüstan ərazi bütövlüyünü sülh yolu ilə bərpa edəcək

Xarici işlər naziri: Gürcüstan ərazi bütövlüyünü sülh yolu ilə bərpa edəcək

26 Dekabr 2023 17:26
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili “Səfirlərin 2023-cü il konfransı”nın açılışında deyib ki, Gürcüstan Avropa İttifaqına üzv olmağa namizəd ölkə statusu əldə etmək yolunda ölkənin maraqlarını və ümumavropa dəyərlərini qorumaq üçün hərəkət edib.

“Biz əsrlər boyu əziz arzumuz olan məqsədə çatmaq üçün daha bir aydın addım ata bildik. Biz isə ölkəmizin ümumavropa dəyərlərini və maraqlarını müdafiə edərək bu addımı ləyaqətlə atdıq”, - deyə Darçiaşvili bildirib.

Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, Gürcüstan öz ərazi bütövlüyünü sülh yolu ilə bərpa etməyə davam edəcək.

“Tərəqqi Gürcüstanın gələcəkdə sülh yolu ilə birləşməsinə kömək edəcək”, - diplomat vurğulayıb.

Oxuməni.az