Ukraynalı pilotların ilk qrupu Danimarkada F-16 qırıcılarında təlimlərə başlayıb
Ukraynalı pilotların birinci qrupu Böyük Britaniyada əsas təlim proqramını başa vurub və Danimarkada F-16 qırıcıları üzərində təlimlərə başlayıb.
Bu barədə Britaniya hökuməti məlumat yayıb.
Təlim 2023-cü ilin avqustunda başlayıb və əsas diqqət ingilis dilində pilotluq və aviasiya terminologiyasına yönəlib.
Altı ukraynalı pilotun təlimlərini başa vurduğu, daha on kursantın isə əsas uçuş hazırlığı, aviasiya və sentrifuqa təlimləri üçün Böyük Britaniyada qaldığı bildirilir.
Xatırladaq ki, Hollandiya ilk 18 F-16 qırıcısını Ukraynaya təhvil vermək üçün hazırlamağa başlayıb.
Belçika isə 2025-ci ildə F-16 döyüş təyyarələrini Ukraynaya təhvil verəcək.
Oxuməni.az
Digər xəbərlər