İspaniya Slovakiya - Ukrayna sərhəddinə hərbçilər, tanklar, helikopterlər yerləşdirəcək
İspaniya Ukrayna sərhədinə hərbçilər, tanklar, helikopterlər yerləşdirəcək.
2024-cü ilin əvvəlində İspaniya Slovakiyaya bir qrup hərbi qulluqçu göndərəcək. Bu barədə ABC España yazır.
Nəşrin məlumatına görə, yanvarda İspaniya ordusu Şimali Atlantika Alyansının şərq cinahını qorumaq üçün Slovakiya və Ukrayna sərhəddinə yerləşdirilməyə başlayacaq. Yeni missiyaya 600 ispan əsgəri, Leopard tankları və helikopterləri cəlb olunacaq.
“Silahlı Qüvvələr 2024-cü ilə Slovakiyada yeni yerləşdirmə ilə başlayacaq. Ümumilikdə 600 hərbçi Atlantik Alyansının şərq cinahında mövcudluğunu gücləndirmək məqsədi daşıyan bu yeni missiyanı təşkil edəcək”, - bəyanatda deyilir.
Oxuməni.az
Digər xəbərlər