Serb müxalifəti yeni etiraz aksiyasına hazırlaşır
“Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasının tərəfdarları Belqrad polisinin qərargahı qarşısında aksiya keçiriblər. TASS-ın məlumatına görə, aksiyanın təşkilatçıları çərşənbə axşamı yerli vaxtla saat 18:00-da aksiyanın davam edəcəyini elan ediblər.
“Serbiya Zorakılığa Qarşı” təşkilatının nümayəndələrindən biri, parlamentin deputatı Miroslav Aleksiç kütlə qarşısında çıxışı zamanı aksiyanın çərşənbə axşamı Respublika Seçki Komissiyasının binasında davam etdiriləcəyini bildirib.
Aksiya təşkilatçıları saxlanılanların azadlığa buraxılması üçün Daxili İşlər Nazirliyinə sorğu göndərmək niyyətində olduqlarını da bildiriblər.
Oxuməni.az
Digər xəbərlər