Lukaşenko: Rusiya və Belarusun NATO ilə yeni müharibəyə vaxtı yoxdur

Lukaşenko: Rusiya və Belarusun NATO ilə yeni müharibəyə vaxtı yoxdur

26 Dekabr 2023 07:06
Bəyəndim (0) Bəyənmədim (0)

Belarus prezidenti Aleksandr Lukaşenko Avropa diplomatiyasının rəhbəri Xosep Borrelin NATO ilə Rusiya arasında uzunmüddətli müharibəyə hazırlaşmağa çağıran bəyanatını şərh edərkən Rusiya və Belarusun NATO ilə yeni müharibəyə vaxtı olmadığını bildirib.

O deyib: "Bu cəfəngiyatdır! Bu adam sadəcə pisdir, bilirsiniz, axmaqdır! Onun siyasətlə heç bir əlaqəsi yoxdur".

Belarus lideri qeyd edib ki, nə ruslar, nə də belaruslar döyüşmək istəmir.

“Bu gün yeni müharibə bizi nə maraqlandırır? ”, - deyə o vurğulayıb.

Aİ diplomatiyasının rəhbəri Josep Borrell bu yaxınlarda bildirib ki, Avropa İttifaqı bütün imkanlarını səfərbər etməsə, Ukrayna münaqişəsində Rusiya qalib gələcək. O, həmçinin Rusiyanın “məhdud ərazi qələbəsi” ilə kifayətlənməyəcəyini təklif edib və “uzun müddət ərzində yüksək intensivlikli münaqişəyə hazırlaşmağa” çağırıb.

Oxuməni.az