Rusiya səfiri Qərbi Serbiyadakı etirazlara dəstək verməkdə ittiham edib

Rusiya səfiri Qərbi Serbiyadakı etirazlara dəstək verməkdə ittiham edib

25 Dekabr 2023 17:25
Bəyəndim (0) Bəyənmədim (0)

Vuçiç Rusiya səfiri Aleksandr Bokan-Harçenkoya iğtişaşlardan sonrakı vəziyyət barədə məlumat verib və vətəndaşların və Serbiyanın təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcəyinə əmin edib.

Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko deyib: “Serbiyada prezident seçkilərindən sonra etirazların qızışdırılması və dəstəklənməsi mütləq Qərb dövlətləri tərəfindən həyata keçirilir”.

“Belqradda planların sakit, dinc şəkildə həyata keçirilə bilməyəcəyini anlayan müxalifət dərhal kənardan həvəsləndirilən və dəstəklənən etiraz aksiyalarına başladı. Serbiya Prezidenti Aleksandr] Vuçiç bu barədə danışıb. Mən burada təfərrüata girməyəcəyəm. Bu, məxfi söhbət və məxfi məlumatdır, onun Qərbdən təhrik və dəstək olması barədə təkzibedilməz məlumatlar var”.

Oxuməni.az