Özbəkistanda mütəşəkkil cinayətkar qrupların kütləvi həbsləri davam edir

Özbəkistanda mütəşəkkil cinayətkar qrupların kütləvi həbsləri davam edir

25 Dekabr 2023 18:17
Bəyəndim (0) Bəyənmədim (0)

Daşkənddə cinayət törətməkdə şübhəli bilinən daha 6 nəfər saxlanılıb. Paytaxt polis idarəsindən verilən məlumata görə, əməliyyat “Şok 40 gün” cinayətkarlıqla mübarizə üzrə davam etdirilən əməliyyat-profilaktiki tədbirləri çərçivəsində həyata keçirilib.

Saxlanılanlar arasında “Bəxti Daşkentski” və “Bəxti Yeniabadski” ləqəbləri ilə tanınan 52 yaşlı Bəxtiyor Kudratullayevin oğlu, 27 yaşlı İxtiyor Kudratullayev də var.

Onlar barədə Özbəkistan Cinayət Məcəlləsinin 156-cı maddəsinin 3-cü hissəsi ilə - hədə-qorxu ilə tələb etmə xüsusilə külli miqdarda, xüsusilə təhlükəli təkrar cinayət törətmiş şəxs, mütəşəkkil dəstə tərəfindən və ya onun maraqları üçün törədildikdə, şübhəli şəxs qismində cinayət işi qaldırılıb. Həbs edilənlər 10 ildən 15 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Saxlanılanların arasında 40 yaşlı Nərgiz Rüstəmovna Jumaniyazova da var. O, Cinayət Məcəlləsinin 165-ci maddəsinin 2-ci hissəsi - hədə-qorxu ilə tələb etmədə günahlandırılır.

Özbəkistanda dekabrın əvvəlindən ölkədə kriminal vəziyyətin yaxşılaşdırılması və cinayətkarlığın qarşısının alınması məqsədilə genişmiqyaslı əməliyyat-profilaktik tədbirlər həyata keçirilir.

Bu müddət ərzində hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal aləmin “Bəxti Daşkentski” ləqəbli Bəxtiyor Küdrətullayev, “Medqorodok” adlı Səidəziz Səidəliyev , Səlimbəy kimi tanınan Səlim Abduvəliyev kimi kriminal aləmin şef nümayəndələrinin saxlanılması barədə məlumat veriblər.

Həmçinin 100-dən çox adamın saxlanıldığı, onlardan 52-nin nəzarətə alındığı bildirilib.

Oxuməni.az