İran Ermənistana öz limanlarından istifadə etməyə icazə verəcək
Ermənistan İrəvan və Tehran arasında sənaye əməkdaşlığına dair memorandum imzaladıqdan sonra İran limanlarından daha sərfəli şərtlərlə istifadə edə biləcək. Bunu Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan deyib.
Dekabrın əvvəlində İrəvan və Tehran sənaye əməkdaşlığına dair memorandum imzalamaq barədə razılığa gəliblər ki, bu da Ermənistan tərəfinə İran limanlarından istifadə etməyə imkan verəcək.
“Hazırda tərəflər arasında müvafiq memorandumun imzalanması ilə bağlı razılıq əldə olunub”, - deyə Teryan bildirib.
Ermənistan tərəfi sənədi imzaladıqdan sonra sadələşdirilmiş qaydada, xüsusən də İranın üç əsas limanından - Ənzəli, Bəndər Abbas, Çabahardan istifadə edə biləcək.
Oxuməni.az
Digər xəbərlər