Orban ilə Zelenski arasında görüş keçiriləcək
Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş dəvətini qəbul etdiyini bildirib.
“Sky News” yazır ki, Orban bu gün keçirdiyi mətbuat konfransında Zelenskinin “gələcəkdə ikitərəfli görüş keçirmək dəvətini qəbul etdiyini” deyib.
Macarıstanın baş naziri iddia edir ki, Zelenski ona bu ayın əvvəlində “danışıqlar aparmaq” üçün görüş təklif edib.
Qeyd edək ki, bu, müharibə başlayandan bəri iki lider arasında ilk rəsmi ikitərəfli görüş olacaq.
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, o, Macarıstanın baş naziri Viktor Orbanla heç vaxt atəşkəs və ya Rusiya prezidenti Vladimir Putinlə dialoq barədə danışmayıb.
Zelenski əlavə edib ki, görüş təşkil etmək lazımdır. "Keçən dəfə Argentinada Orbana dedim: "Viktor, mənə bir səbəb göstər ki, AB-də bizi niyə dəstəkləmirsən?" Bu, əslində, qərar qəbul edilməmişdən əvvəl idi".
Oxuməni.az