Bayden administrasiyası müttəfiqləri ilə Rusiyanın dondurulmuş aktivlərinin Ukrayna üçün istifadəsi ilə bağlı danışıqlara başlayır

Bayden administrasiyası müttəfiqləri ilə Rusiyanın dondurulmuş aktivlərinin Ukrayna üçün istifadəsi ilə bağlı danışıqlara başlayır

22 Dekabr 2023 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

Konqresin Kiyevə pul ayırmaq istəməməsi ilə üzləşən Co Bayden administrasiyası müttəfiqləri ilə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya hərbi dəstək vermək üçün istifadə etmək barədə təcili danışıqlara başlayıb.

Bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Eyni zamanda, ABŞ Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada və Yaponiyaya təzyiq göstərir. Rusiya aktivlərindən istifadə strategiyasının təfərrüatları hələ də müzakirə olunur, vəsaitlərin birbaşa Kiyevə gedəcəyi, yoxsa başqa üsullarla istifadə ediləcəyi barədə hələlik qərar verilməyib.

Oxuməni.az