Çin Ukraynadakı müharibədən faydalanır

Çin Ukraynadakı müharibədən faydalanır

21 Dekabr 2023 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynadakı müharibə Çinin xeyrinədir. Anti-Rusiya sanksiyaları səbəbindən bu il Çinin Rusiya ilə ticarəti 200 milyard dolları ötüb.

.Bu barədə Amerikanın “The New York Times” qəzeti yazır.

Ən çox Çin avtomobil istehsalçıları qazandı. Rusiyaya satışlar Çinin bu il dünyanın ən böyük avtomobil ixracatçısı kimi Yaponiyanı ötməsinə kömək etdi. Çin avtomobil istehsalçıları Rusiya bazarının 55%-ni ələ keçiriblər. Müharibədən əvvəlki 2021-ci ildə onların 8% payi var idi.

Rusiya da öz növbəsində Çinə təkcə neft və qaz deyil, həm də Çin supermarketlərində bol-bol görünməyə başlayan məhsulları - şokolad, kolbasa və digər istehlak mallarını satırdı.

Qəzet yazır: "Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçərək ucuz Rusiya enerjisi Çin fabriklərinə qlobal bazarlarda rəqabət aparmağa kömək etdi, digər ölkələrdə, xüsusən də Almaniyadakı rəqib istehsalçıları kəskin şəkildə yüksək enerji xərcləri ilə üzləşdi".

Rusiyanın Ukraynadakı hərəkətləri Çindən də media dəstəyi alıb.

"Dövlət mediası Çində və bütün dünyada davamlı olaraq Rusiya təbliğatını aparır. Rusiya Çində o qədər populyardır ki, sosial medianın nüfuzlu şəxsləri Çinin ən şimal şərq əyalətinin paytaxtı Harbinə axın edərək keçmiş Rus kilsəsi qarşısında rus geyimində poza verirlər”, məqalədə deyilir.

Oxuməni.az