İsrail Kipr üzərindən Qəzzaya dəniz dəhlizinin yaradılması planını dəstəkləyib
İsrail humanitar yüklərin çatdırılması üçün Kiprdən Qəzza zolağına dəniz dəhlizinin yaradılmasını dəstəkləyir. Bu barədə İsrailin xarici işlər naziri Eli Koen danışıb, Times of Israel yazır.
Belə bir dəhlizin yaradılması ideyası Kipr hakimiyyəti tərəfindən irəli sürülüb. Onların fikrinə görə, Kipr Larnaka limanından Fələstin ərazisinə humanitar ləvazimatlar toplaya, yoxlaya və göndərə bilərdi.
Koen Kiprə səfəri zamanı deyib: “Biz bu dəhliz vasitəsilə Qəzzəyə humanitar yardım üçün sürətləndirilmiş marşrut yaratmağa sadiqik”.
İki ölkənin diplomatik idarələrinin rəhbərlərinin görüşü zamanı onun kiprli həmkarı Konstantinos Kombos Kiprin bu yüklər üzərində nəzarəti təmin edə biləcəyini vurğulayıb. Kombosun sözlərinə görə, Kipr səlahiyyətliləri ilk uçuş üçün İsrailin icazəsini gözləyir.
Layihənin hansı mərhələdə olduğu açıqlanmır. BBC Rus Xidmətinin qeyd etdiyi kimi, bu ideya həyata keçərsə, 2007-ci ildə Həmas Fələstin anklavında hakimiyyətə gəldikdən bəri qüvvədə olan Qəzzanın İsrail dəniz blokadası ilk dəfə yumşaldılacaq.
Hazırda humanitar yardımın Qəzza zolağına çatdığı yeganə kanal Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsi olaraq qalır.
Oxuməni.az