Rusiyanın dondurulmuş 720 milyon avrodan çox pulu müsadirə ediləcək
Almaniya Baş Prokurorluğu Rusiyanın dondurulmuş 720 milyon avrodan çox pulunu büdcəyə müsadirə etmək istəyir. Bu barədə “Der Spiegel” yazır.
Bu, sanksiyalara məruz qalan və adı açıqlanmayan Rusiya şirkətinin aktividir. Bununla bağlı federal prokurorlar pulun müsadirə edilməsinə qərar veriblər.
Eyni zamanda, Sky News-un məlumatına görə, Aİ gələn həftə Rusiyanın dondurulmuş aktivlərindən necə istifadə edəcəyinə qərar verə bilər. Aİ Rusiyanın 21,5 milyard avroluq aktivlərini dondurdu və mərkəzi bankdan daha 300 milyard avroya bütün G7 ölkələri tərəfindən həbs qoyuldu.
Bunun təxminən 125 milyard avrosu Belçikanın Euroclear şirkətinə məxsusdur. Belçika 2023-2024-cü illərdə bu məbləğdən 2,3 milyard avro vergi toplayaraq Ukraynaya köçürəcəyini hesablayıb. Amma bu qaydanı bütün Aİ-yə tətbiq etmək üçün onun 27 ölkəsinin hamısının razılığı lazımdır
Bloomberg daha əvvəl Ukraynanın bərpası üçün Rusiya aktivlərinin istifadəsinə mane olan Aİ ölkələrinin adını çəkib. Bu ölkələrə Belçika, Almaniya, Fransa, İtaliya və Lüksemburq daxildir. Onlar “prosesin sürətləndirilməsi ilə bağlı ehtiyatlı olduqlarını bildiriblər”.
Oxuməni.az