Finlandiya prezidentliyinə namizəd Rusiya ilə sərhədlərin bağlanmasına qarşı çıxıb
Finlandiyada prezidentliyə namizəd olan 9 nəfərdən yalnız biri Rusiya ilə sərhədlərin tamamilə bağlanmasının əleyhinə çıxıb, Helsingin Sanomat qəzeti yazır.
Sol Birlikdən olan Lie Andersson Rusiya-Finlandiya sərhədindəki keçid məntəqəsinin tamamilə bağlanmasının əleyhinə olduğunu bildirdi. O hesab edir ki, Helsinki hətta böhran vəziyyətlərində belə beynəlxalq öhdəliklərə və Konstitusiyanın müddəalarına əməl etməlidir.
"Finlandiya sığınacaq üçün müraciət etmək və geri qaytarılma qadağasını tətbiq etmək üçün real imkan yaratmalıdır",- deyə Andersson bildirib.
Finlandiyada prezident seçkilərinin birinci mərhələsi 2024-cü il yanvarın 28-də, ikinci tur isə fevralın 11-də keçiriləcək. Namizədlər arasında Anderssondan başqa keçmiş xarici işlər naziri Pekka Haavisto (Yaşıl Birlik partiyasından) və Aleksandr Stubb da (Milli Koalisiya partiyasından) var.
Oxuməni.az