İsveçrə Ukraynaya 100 milyon avrodan çox yardım paketi elan edib

İsveçrə Ukraynaya 100 milyon avrodan çox yardım paketi elan edib

20 Dekabr 2023 11:50
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçrə Ukraynaya 100 milyon avrodan çox yardım paketi elan edib.

Bu barədə İsveçrə prezidenti Alen Berset Ukrayna, Latviya prezidentləri və Litvanın baş naziri ilə birgə mətbuat konfransında bildirib.

İsveçrənin bağışladığı vəsait işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və ərzaq məhsullarının alınmasına sərf olunacaq.

"Biz Ukraynada humanitar minatəmizləməni prioritet hesab edirik ki, bu da ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasına birbaşa təsir göstərir. Biz 100 milyon İsveçrə frankı (103 milyon avrodan çox - red.) həcmində vergi paketi ayırmağa qərar verdik", - Berset deyib.

İsveçrə liderinin sözlərinə görə, onun elan etdiyi vəsait yaxın bir neçə il ərzində istifadə üçün Ukraynaya ayrılacaq.

"Bu, minalardan təmizləmə və ərzaq təminatı problemlərinin həllində iştirakımızı artıracaq, həmçinin Ukraynanın taxıl ixracı üçün faydalı olacaq", - İsveçrə prezidenti vurğulayıb.

Xatırladaq ki, bu gün İsveçrə prezidenti Alen Berset Kiyevə səfərə gəlib.

İsveçrənin ukraynalı qaçqınların müdafiəsini 2025-ci ilə qədər uzaddığını da xəbər vermişdik.

Oxuməni.az