Cənubi Koreyada 85 mindən çox əcnəbi mənzil sahibidir
Cənubi Koreyada 85 mindən çox xarici vətəndaşın mənzili var. Mənzllərin yaıdan çoxu Çin vətəndaşlarına məxsusdur.
Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinin məlumatına görə, iyunun sonunda Cənubi Koreyada ümumilikdə 85,358 əcnəbi vətəndaşın evləri var ki, bu da altı aya nisbətən 4,6% çoxdur.
Əcnəbilərin demək olar ki, 93,5%-i bir evə, 5,2%-i isə iki evə sahib olub.
Xarici vətəndaşlar 87 223 evə sahib olublar ki, bu da ölkədəki bütün evlərin 0,46%-ni təşkil edir.
Çin vətəndaşları 54,3%, amerikalılar 23,5%, kanadalılar və tayvanlılar isə müvafiq olaraq 6,8% və 3,8% mənzilə sahibdir.
Oxuməni.az
Digər xəbərlər