İsrail Müdafiə Qüvvələri HƏMAS döyüşçüsünün evində 1,3 milyon dollar tapıldığını bildirib.
İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS hərəkatının döyüşçüsünün evində 1,3 milyon dollardan çox pul tapıb. Bu barədə ordunun mətbuat xidməti dekabrın 18-də Telegram kanalında məlumat yayıb.
“İsrail ordusunun əsgərləri Cəbəliyə əməliyyatları zamanı HƏMAS-ın yüksək rütbəli terrorçusunun evində 5 milyon NİS (1 milyon 363 min 846 ABŞ dolları - red.) dəyərində pul aşkarlayıblar”, - deyə məlumatda bildirilir.
Qeyd olunduğu kimi, vəsaitlər külli miqdarda silah-sursatla birlikdə aşkar edilib. İDF, həmçinin ərazidə HƏMAS infrastrukturuna zərbələr endirdiyini bildirib. Beləliklə, İsrail ordusu Fələstin hərəkatının tunellərini və gizləndiyi yerləri dağıtmağa nail olub.
Oxuməni.az
Digər xəbərlər