Pentaqonun rəhbəri Qırmızı dənizdə birgə dəniz təhlükəsizlik qüvvələrinin yaradılmasını elan etmək niyyətindədir

Pentaqonun rəhbəri Qırmızı dənizdə birgə dəniz təhlükəsizlik qüvvələrinin yaradılmasını elan etmək niyyətindədir

18 Dekabr 2023 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Pentaqonun rəhbəri Qırmızı dənizdə birgə dəniz təhlükəsizlik qüvvələrinin yaradılmasını elan etmək niyyətindədir - media
Husilər İsrail gəmilərinə hücum edəcəkləri ilə hədələyiblər

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə növbəti səfəri zamanı Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatı adlı beynəlxalq dəniz müdafiə qüvvələrinin yaradılmasını elan edəcək. Bu barədə dekabrın 17-də The Guardian məlumat yayıb.

Britaniya nəşri müəyyən edib ki, ərəb dövlətlərinin qoşulduğu qüvvələr Fələstinin İsraillə müharibəsində HƏMAS terror qruplaşmasına dəstək verən Yəmən husiləri tərəfindən gəmiçilik təhdid edildiyi Qırmızı dənizdən ticarət gəmiləri üçün təhlükəsiz keçidi təmin etməli olacaq.

Yeni yaradılmış Prosperity Guardian əməliyyatı qüvvəsi Husilərin hücumlarının dəf ediləcəyinə "kommersiya daşıma şirkətlərini inandırmalıdır".

The Guardian yazır ki, husilərin təhdidinə görə beş böyük gəmiçilik şirkəti öz gəmilərinin keçməsi üçün Qırmızı dənizdən istifadə etməkdən imtina etdiklərini artıq elan ediblər. 55 gəmi Qırmızı dənizdən keçmək əvəzinə Afrika ətrafında yönləndilib.

Pentaqon Yaxın Şərqdə Ostinin İsrail, Qətər və Bəhreynə səfər etmək niyyətində olduğunu bildirib.

Oxuməni.az