Paşinyan və Overçuk Cənubi Qafqazı müzakirə ediblər
Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda keçirilən görüşdə Cənubi Qafqazın nəqliyyat və iqtisadi kommunikasiyalarının bloklanması ilə bağlı məsələləri müzakirə ediblər. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması imkanları qeyd edilib. Baş nazir Paşinyan qeyd edib ki, Ermənistan hökuməti “Dünyanın kəsişməsi” layihəsini təqdim edib və suverenlik prinsipləri əsasında regional nəqliyyat infrastrukturunu blokdan çıxarmağa hazırdır", - mesajda deyilir.
Oxuməni.az
Digər xəbərlər