Qırğızıstan və Tacikistan şirkətləri ABŞ-ın sanksiyalarına məruz qalıb

Qırğızıstan və Tacikistan şirkətləri ABŞ-ın sanksiyalarına məruz qalıb

13 Dekabr 2023 13:03
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğızıstan və Tacikistan şirkətləri Rusiya Federasiyasına cihaz və ehtiyat hissələri tədarükünə görə ABŞ-ın sanksiyalarına məruz qalıb.

ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti Rusiyaya Ukraynada münaqişənin davam etdirilməsi üçün istifadə olunan avadanlıq və resursların tədarükü ilə bağlı fiziki və hüquqi şəxslərin sanksiya siyahısını genişləndirib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Amerika Maliyyə Nazirliyi Rusiyanın hərbi-sənaye bazasını təchiz edən 150-dən çox fiziki və hüquqi şəxsə, Dövlət Departamenti isə üçüncü ölkələr vasitəsilə sanksiyalardan yayınan 100-dən çox hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq edib.

Yeni sanksiya siyahısına Rusiya, Çin, BƏƏ, Türkiyə, Sinqapur, Maldiv adaları və Kipr nümayəndələri ilə yanaşı, Qırğızıstan və Tacikistanın nümayəndələri də daxil edilib.
Beləliklə, Qırğızıstandan olan Weitmann Handeln Allianz (Weitmann) şirkəti xarici müştərilər, o cümlədən ruslar üçün təchizat, logistika və gömrük rəsmiləşdirilməsi üzrə xidmətlərin təminatçısıdır. Xüsusilə, şirkət Rusiyaya yüzlərlə avtomatik məlumat emalı kompüterləri və disk saxlama qurğuları göndərib.

Tacikistanın “Kafolati Komil” şirkəti BƏƏ vasitəsilə Rusiyaya xaricdə istehsal olunan aviasiya ehtiyat hissələrini göndərdiyinə görə sanksiyalara məruz qalıb.

Oxuməni.az