Özbəkistandan olan miqrantların övladları Sankt-Peterburqda “Əbədi məşəl”i söndürüblər

Özbəkistandan olan miqrantların övladları Sankt-Peterburqda “Əbədi məşəl”i söndürüblər

12 Dekabr 2023 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Sankt-Peterburqun Krasnoe Selo şəhərində üç miqrant uşaq “Əbədi məşəli” qarla söndürüb. İndi onları və ailələrini Rusiyadan deportasiya gözləyir, Fontanka xəbər verir.

Hadisə dekabrın 10-da axşam saatlarında baş verib. Nəşrin dərc etdiyi videogörüntülərdə yeniyetmələrdən birinin "Əbədi məşəl" üzərinə qarı atmas, digər ikisinin isə onu alqışlaması əks olunub.

Polis uşaqların 10 və 14 yaşlı iki qardaş, digərinin isə 12 yaşlı oğlan olduğunu müəyyən edib. Polisin məlumatına görə, uşaqlar və onların valideynləri “qonşu ölkələrdən birinin” vətəndaşları olublar. Baza-nın məlumatına görə, bu ölkə Özbəkistandır.

Yoxlama zamanı məlum olub ki, ailələr miqrasiya qanunvericiliyini pozaraq Rusiyada yaşayırlar.

Bununla bağlı hər iki ailənin Rusiya Federasiyasından çıxarılması barədə vəsatətlə məhkəməyə göndərilib.

Oxuməni.az