Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistana hərbi dəstək vermək niyyətini təxribat adlandırıb

Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistana hərbi dəstək vermək niyyətini təxribat adlandırıb

8 Dekabr 2023 15:33
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistana hərbi dəstək vermək niyyətini təxribat adlandırıb. "Fransanın etdikləri təxribatdır və onlar bilməlidir ki, bu etdikləri Ermənistana xidmət göstərmir, əksinə, bunun əksini edir. Əvvəllər Fransa Ermənistana çox böyük dəstək verirdi . Onlar hansı nəticə əldə etdilər?" Dekabrın 7-də rəsmi səfərlə getdiyi Yunanıstandan qayıdarkən, Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O, Fransanın Dağlıq Qarabağ üzrə Minsk qrupunun bir nümayəndəsi olduğunu xatırladıb.

"Qrupun işindən heç bir nəticə yoxdur və belə bir vəziyyətdə Ermənistanı yenidən təxribatlar törətməyə yönləndirir. "BTR" göndərməkdən heç bir nəticə olmayacaq , çünki indi öz ərazisində işğala son qoyan Azərbaycan var , Dağlıq Qarabağ münaqişəsi göz qabağındadır. Ermənistan rəhbərliyi yaxın keçmişdən ibrət almalı və bu təxribatlara yol verməməlidir. Sülh fürsətindən istifadə edib münaqişəyə düşməmək Ermənistanın maraqlarına uyğundur. Azərbaycanla sülh münasibətləri Ermənistan üçün ən yaxşı variantdır: Ermənistanın əlinə silah verənlər ermənilərə pislik edirlər”, - Türkiyə prezidenti vurğulayıb.

Oxuməni.az