Qırğızıstan hakimiyyəti Suriya xüsusi düşərgələrindən 96 nəfəri vətənlərinə qaytarıb

Qırğızıstan hakimiyyəti Suriya xüsusi düşərgələrindən 96 nəfəri vətənlərinə qaytarıb

8 Dekabr 2023 15:24
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğızıstan hakimiyyəti Suriyanın şimal-şərqində xüsusi düşərgələrdə olan ölkə vətəndaşlarını repatriasiya etmək üçün “Aykol-4” humanitar missiyasını həyata keçirib. Dekabrın 8-də 31 qadın və 65 uşaq vətənə qayıdıb. Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

96 nəfərlik qrup xüsusi təyyarə ilə Bişkekə uçub.

“Qırğızıstan tərəfi bu humanitar prosesin uğurla həyata keçirilməsi üçün xüsusi əməliyyatın həyata keçirilməsində hər cür köməklik göstərdiyinə görə Amerika Birləşmiş Ştatları hökumətinə, həmçinin Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna (UNICEF) və Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkür edib”,- XİN-in bəyanatında deyilir.

Aykol əməliyyatı Qırğızıstanlıların Yaxın Şərq ölkələrindən repatriasiyası məsələsində ikinci tədbir olub. 2021-ci ilin mart ayında Meerim (Mərhəmət) əməliyyatı çərçivəsində 79 uşaq İraqdan geri qaytarılıb. 2023-cü ildə dörd Aykol missiyası zamanı 101 qadın və 232 uşaq vətənə qayıda bilib. Onların ərlərinin və atalarının taleyi barədə məlumat verilmir.

Oxuməni.az