Danimarka parlamenti ölkədə Qurani-Kərim qanunu kimi tanınan "Koranloven" qanununu qəbul edib

Danimarka parlamenti ölkədə Qurani-Kərim qanunu kimi tanınan "Koranloven" qanununu qəbul edib

8 Dekabr 2023 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Danimarka parlamenti səs çoxluğu ilə dini mətnlərin "düzgün olmayan şəkildə ifadə edilməsini" qadağan etməyə səs verib. Söhbət ilk növbədə müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılması ilə bağlı baş verən hadisələrdən gedir.

Qanunu pozanları külli miqdarda cərimə və ya iki ilə qədər həbs gözləyir.

Danimarkanın ədliyyə naziri Peter Hummelgaard qanunun qəbulunun zəruriliyini ölkə və vətəndaşların təhlükəsizliyi baxımından izah edib. Qanun layihəsi çox tənqid edilib, opponentlər onun söz azadlığını məhdudlaşdırdığını deyirlər.

Yayda ölkədə bir neçə aksiya keçirilib, onların iştirakçıları Quranı yandırıblar ki, bu da müsəlman dünyasında Danimarka əleyhinə etirazlara səbəb olub.
İsveç də analoji qanunun qəbulu imkanını nəzərdən keçirir.

Oxuməni.az