Finlandiya rus neonasistini Ukraynaya təhvil verməkdən imtina edib

Finlandiya rus neonasistini Ukraynaya təhvil verməkdən imtina edib

8 Dekabr 2023 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

Finlandiya avqustda saxlanılan rus neonasist qruplaşmasının liderlərindən biri Yan Petrovskini (digər adı Vojislav Tordendir) Ukraynaya verməkdən imtina edib.

Bu barədə yerli Helsingin Sanomat nəşri məlumat yayıb.

Səbəb Ukrayna həbsxanalarıdır. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onların İnsan Hüquqları Konvensiyasının işgəncə və qeyri-insani cəzanı qadağan edən 3-cü maddəsini pozduqlarını müəyyən edib.

Finlandiya Ali Məhkəməsinin məlumatına görə, Petrovski Ukraynada ləyaqəti alçaldan rəftarla üzləşəcək.

Məhkəmə hətta Petrovskinin saxlanması üçün heç bir əsas tapmadı və onun dərhal azadlığa buraxılmasına qərar verdi.

Oxuməni.az