MOSSAD-ın Türkiyə ərazisində HƏMAS-a qarşı əməliyyatlarına icazə verilməyəcək

MOSSAD-ın Türkiyə ərazisində HƏMAS-a qarşı əməliyyatlarına icazə verilməyəcək

8 Dekabr 2023 13:14
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İsrailin MOSSAD kəşfiyyat xidmətinin respublika ərazisində xüsusi əməliyyatlarına, o cümlədən Fələstinin radikal HƏMAS qruplaşmasının nümayəndələrinin məhv edilməsinə icazə verməyəcək. Bu barədə hökumətyönlü “Hürriyet” qəzeti məlumat yayıb.

MİT Türkiyəni təhdidlərdən qorumaq üçün lazımi tədbirləri görüb və bütün texnoloji imkanlardan istifadə edib. Nəşr , prezident Rəcəb Tayyib Ərdoğanın MİT üzvlərini məhv etmək cəhdləri ilə bağlı İsrailə xəbərdarlığını xatırladıb. Ərdoğan deyib ki,Türkiyə ərazisindəki HƏMAS qruplaşmasını rəhbərlərini məhv etmək cəhdi İsrailə baha başa gələ və bunun qarşı tərəf üçün ağır nəticələri ola bilər.

Oxuməni.az