Qəzza zolağında ölənlərin sayı 17 mini keçib

Qəzza zolağında ölənlərin sayı 17 mini keçib

8 Dekabr 2023 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Qəzza zolağında İsrail və Fələstinin Həmas hərəkatı arasında gedən müharibədə ölənlərin sayı 17 177 nəfərə çatıb. Bu barədə “Al Hadath” Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, 46 mindən çox insan xəsarət alıb. Nazirlik aydınlaşdırır ki, təkcə son 24 saat ərzində 350 nəfər həlak olub.

İsrailin Fələstinin HƏMAS hərəkatı ilə müharibəsi oktyabrın 7-dən davam edir. İsrail rəsmiləri qurbanların sayını 1,2 min nəfər hesab edir. Noyabrın 22-də tərəflər bir neçə dəfə uzadılan atəşkəs haqqında razılığa gəliblər. Dekabrın 1-də İsrail ordusu Qəzzada əməliyyatları bərpa edib.

Oxuməni.az