Ağ Ev Ukrayna və İsrailə yeni yardımların təmin edilməsi üçün müxtəlif güzəştləri nəzərdən keçirir

Ağ Ev Ukrayna və İsrailə yeni yardımların təmin edilməsi üçün müxtəlif güzəştləri nəzərdən keçirir

8 Dekabr 2023 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresdə Ukrayna və İsrailə yeni yardımların keçməsini təmin etmək üçün immiqrasiya siyasətini sərtləşdirməyi nəzərdən keçirir. Bu barədə dekabrın 8-də “Reuters” Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hökumət və qanunvericilər (bir həftədən sonra Milad tətilinə başlayırlar) ABŞ-Meksika sərhədindən qeyri-qanuni immiqrasiyanın qarşısını almaqla yanaşı, göstərilən iki ölkəyə hərbi yardım göstərəcək saziş bağlamağa hazırdırlar.

Agentliyə mənbə bildirib ki, Ağ Ev sığınacaq üçün ilkin yoxlanış standartlarını nəzərdən keçirir. Bayden administrasiyası həmçinin ABŞ-a gedərkən başqa ölkədən keçən miqrantlara sığınacaq verilməsini rədd edən "təhlükəsiz üçüncü ölkə" müddəasını tətbiq etməyi də planlaşdırır.

Müqavilənin digər mümkün hissəsi miqrantların deportasiya prosesinin sərtləşdirilməsi ola bilər. Reuters-in mənbəsinin sözlərinə görə, bu hüquq indiki kimi təkcə sərhəddə deyil, bütün ölkə ərazisində tətbiq olunacaq.

Oxuməni.az