Mirziyoyev Konstitusiya Günü münasibətilə 334 məhbusu əfv edib

Mirziyoyev Konstitusiya Günü münasibətilə 334 məhbusu əfv edib

7 Dekabr 2023 16:08
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 8-də qeyd olunacaq Özbəkistan Konstitusiyasının qəbulunun 31-ci ildönümü şərəfinə ölkə prezidenti Şavkat Mirziyoyev “Cəza çəkən bir qrup şəxsin əfv edilməsi haqqında” fərman imzalayıb. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Fərmanla 334 nəfər əfv edilib. Onlardan 34-ü əsas cəzanı çəkməkdən tam, 249-u şərti olaraq cəza çəkməkdən azad edilib, 45 nəfərin isə cəza müddəti azaldılıb. Daha altı məhbusun cəzası daha yüngül cəza ilə əvəz edilib.

Əfv olunanlar arasında 23-ü qadın, 15-i 60 yaşdan yuxarı kişi, 88-i qadağan olunmuş təşkilatların fəaliyyətində iştirak etmiş şəxslər, o cümlədən 18-i xarici ölkə vətəndaşıdır.

“Fərmanın icrası çərçivəsində əfv olunmuş şəxslərin ailələrinə və yaxın adamlarına qaytarılması, sosial adaptasiyasına köməklik göstərilməsi, faydalı əməyə cəlb edilməsi, sağlam həyat tərzinin seçilməsi və layiqli yer tutması ilə bağlı məsul nazirlik və idarələrə tapşırıqlar verilib”, - deyə press-relizdə deyilir.

Belə ki, bu ilin əvvəlindən Özbəkistanda 1161 nəfər əfv edilib: ölkənin Müstəqillik Günü ərəfəsində 31 avqust tarixli əvvəlki fərmanla 286 nəfərə şamil edilib, Ramazan Bayramı ərəfəsində apreldə daha 541 nəfər əfv edilib.

Oxuməni.az